AZ

İPhone 11 modelləri Azərbaycanda nə vaxt satışa çıxarılacaq? – AÇIQLAMA

2a62dca85da2677d553abafe7aba93e3.jpg
11.09.2019 15:48

Apple şirkətinin yeni iPhone 11, 11 Pro və Pro Max modellərinin Azərbaycanda rəsmi satışa çıxarılacağı tarix hələ məlum deyil. Bu barədə Alma Store-dan TED.az-a verilən məlumatda qeyd olunub.

 

Bildirilib ki, Alma Store Apple-ın rəsmi satış mərkəzidir. Apple şirkətinin istehsal etdiyi məhsullar, o cümlədən iPhone mobil telefonları rəsmi qaydada sözügedən mağazalar şəbəkəsinə gətirilir. Lakin konkret olaraq iPhone-nun yeni modellərinin nə vaxt Azərbaycana göndəriləcəyi tarix qeyri-müəyyən olaraq qalır.

 

Yeni modellərin Azərbaycanda satışa çıxarılacağı tarix qabaqcadan elan ediləcək.

 

Qeyd edək ki, Apple şirkəti ənənəvi olaraq sentyabr ayında yeni modellərini dünya ictimaiyyətinə təqdim edir.

 

Yeni modellər Azərbaycana adətən oktyabr-noyabr aylarında göndərilir.

 

Ceyhun ABASOV

TED + bölməsindən digər xəbərlər

Daha çox