AZ

İdeal selfi çəkmək üçün 5 sadə məsləhət

4a316efbc20dc95ea640648d4f911a3a.jpg
16.09.2019 10:24

Hər gün dünyada milyonlarla selfi çəkilir. Alimlər ciddi şəkildə bunun insan psixikasına necə təsir etdiyini təhlil edirlər, lakin insanları dayandırmaq artıq mümkün deyil.

 

TED.az-ın bu yazısında həyatımızın ayrılmaz hadisəsi olan selfi haqqında bəhs olunacaq.

 

Əsas olan duyğulardır

 

Portretlər həmişə sadə fotolardan üstün olur. Özünüzün adi bir selfiniz bir qürub çağı və ya səhər yeməyi fotosundan daha çox bəyənmə qazandıracaq. Bu sadə nümunədir: insanlar digər insanlara baxmağı sevirlər. Çünki üzünüz bənzərsizdir və insanlar sizə baxmaq üçün sizi izləyirlər. Buna görə də, onları öz duyğularınızla, emosiyalarınızla sevindirin.

 

 

10 haldan 9-da bir selfi yemək fotoşəklindən daha çox bəyənmə qazanacaq. Təbəssüm, təəccüb, qəzəbli bir üz sizin vəziyyətiniz barədə sözlərdən daha çox şey deyəcək. Qeyri-təbii, "donuq" ifadədən çəkinməyə çalışın. “Daşüzlü” insanların şəkilləri sizə də qəribə və gülməli gəlib, elə deyilmi?

 

Məsləhətlər:

 

  • Təbii olun. Əyləncəlidirsə - təbəssüm edin, kədərlidirsə - kədərli bir selfi çəkin.

 

  • Dostlarla, qohumlarla, heyvanlarla selfi çəkdirin. Bu həmişə fotoları daha maraqlı edir.

 

  • Dodaqlarınızı ördək halına gətirməyin. Artıq 2019-cu ildi.

 

Yüksək keyfiyyətlə çəkin

 

Əsmiş, əyilmiş əllər artıq bir bəhanə deyil. Son bir ildə satışa çıxarılan smartfonlarda çox yaxşı ön kameralar var. Ona görə də bulanıq, zəif parametri olan fotolara heç kəs baxmayacaq.

 

 

Məsləhətlər:

 

  • Kameranı yaxşıca silin.

 

  • Parametrləri yoxlayın: maksimum fayl ölçüsü və ən yüksək keyfiyyəti seçin. Son illərin smartfonları çox keyfiyyətli çəkir, simanızın şəklini AUTO rejiminə etibar edə bilərsiniz.

 

  • Fotolarınız hələ də keyfiyyətsizdirsə, artıq smartfonunuzu dəyişdirmək haqqında düşünün. Yaxşı çəkilişlər buna dəyər.

 

İşığa nəzarət edin

 

Nə qədər çox işıq olarsa - kameranızın yüksək keyfiyyətli şəkil çəkməsi bir o qədər asanlaşır. Bundan əlavə, işıq müxtəlif bucaqlara düşə bilər və bəzən fotoşəkli yaxşılaşdırmaq üçün sadəcə 90 dərəcə dönmək və ya əyilmək kifayətdir.

 

 

Məsləhətlər:

 

  • Evdə yuxarıdan düşən işıqlarla foto çəkdirməkdən çəkinin. Əgər şəkil çəkdirmək məcburiyyətində olsanız, otağın küncünə doğru uzaqlaşmağa çalışın. Əlavə işıq tapmağa və ya şəkil çəkdirəcəyiniz yeri daha da işıqlandırmağa çalışın.

 

  • Evdə çəkiliş edirsinizsə, pəncərəyə tərəf gedin.

 

  • Əgər gecə şəhərdə çəkiliş edirsinizsə, parlaq işıqlı vitrinə və ya fənərə yaxınlaşmağa çalışın.

 

Bir fonun olduğunu unutmayın

 

Çox vaxt kadrda siz tək deyilsiniz və bir fon var. Selfinin əsas nöqtəsi üzünüz də olsa belə, fonun layiq olduğundan əmin olun. Çünki sonradan bir qarışıq otaqda “gələcəyə fəlsəfi bir baxış” gülünc görünəcək.

 

 

Məsləhətlər:

 

  • Çəkiliş üçün gözəl yerlər axtarın. Və ya, nəhayət, ətrafı qaydasına salın!

 

  • Kameranı hərəkət etdirərək bir neçə kadr çəkin. Fonun daha maraqlı görünməsi üçün rakursu dəyişdirməyə çalışın.

 

“Layk”lara fikir verməyin

 

Ən səhv fikir sizin və ya başqasının həyatını bəyənmələrlə qiymətləndirməkdir. Ürəklər və abunəçilər yalnız bir bloger olsanız və bundan qazanc əldə etsəniz vacibdir. Əks təqdirdə, min bəyənmə olsa da insan bununla xoşbəxt olmur.

 

 

Buna görə, əyləncəli, maraqlı olduğu üçün və bu prosesin özünü bəyəndiyiniz üçün bir selfi çəkin. Əylənin!

 

Şəfiqə RƏŞİD

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox