AZ

Yeni iPhone modelləri haqqında bilmədiyiniz 5 nüans

565aa45af268389097984d62316576af.jfif
16.09.2019 15:50

Apple şirkəti çərşənbə günü yeni iPhone modellərini rəsmi olaraq təqdim etdi. Bu modellərin görüntüsü səs-küy yaratsa da, bir sıra yeni funksiyaları diqqətdən kənarda qaldı.

 

Bu funksiyaların diqqətdən kənarda qalması təəccüblü deyil. Apple şirkəti təqdimetmə mərasimində bu özəlliklər barədə danışmadı, çünki onlar faydalı olsalar da, yetəri qədər cəlbedici sayılmırlar.

 

Buna baxmayaraq, TED.az xarici mətbuata istinadən, iPhone 11 modelinin bəzi kiçik, lakin maraqlı detallarını təqdim edir:

 

İPhone 11, 11 Pro və 11 Pro Max-da WiFi 6 var

 

Samsung Galaxy S 10 Plus-a bənzəyən yeni model iPhone-larda WiFi 6 kimi tanınan yeni nəsil simsiz şəbəkə mövcuddur.

 

WiFi 5 ilə qarşılaşdırıldığında WiFi 6 daha yüksək ötürmə sürətinə malikdir və hər fərdi ötürmə zamanı daha çox məlumat göndərmək imkanı yaradır. Eyni zamanda, hava limanları və stadionlar kimi sıx və izdihamlı mühitdə daha yaxşı və sürətli işləməyə kömək edir.

 

 

Lakin hələ ki, yeni iPhone 11-də bu funksiyadan yararlanmaq mümkün olmayacaq. Çünki WiFi 6 rəsmi şəkildə təsdiqlənməyib və şəbəkə paylayıcıları bahadır. Bu funksiyadan dərhal yararlanmaq əvəzinə, telefonunuzun gələcək zaman üçün daha avantajlı olduğunu düşünə bilərsiniz.

 

Təkmilləşdirilmiş AirDrop funksiyası

 

Apple təqdimetmə zamanı bu çiplər barədə xüsusi bir məlumat verməsə də, rəsmi portalda onlar yetəri qədər diqqət cəlb edir. Şirkətin “U1” adında hazırladığı yeni çip iPhone modellərinə yaxınlıqdakı digər iPhone modelini daha rahat tapmağa kömək edəcək. Apple bu çipin iPhone modellərinin bir-birilə məlumat paylaşma funksiyası olan Air-Drop-u inkişaf etdirdiyini bildirir. Sentyabrın 30-u təqdim ediləcək iOS 13.1 əməliyyat sistemi yenilənməsi ilə birgə istifadəyə veriləcək bu texnologiya sayəsində məlumatlarınızı başqa bir iPhon-a daha sürətli şəkildə ötürə biləcəksiniz.

 

 

İPhone 11 Pro və 11 Pro Max 18 Vattlıq enerji doldurma cihazı ilə birgə satılacaq

 

Sürətli enerji yığma illərdir Android istifadəçiləri üçün daha əlçatan olsa da, artıq iphone 11 Pro və Pro Max istifadəçiləri də bu xüsusiyyətdən yararlana biləcəklər. Əvvəlki 5 Vattlıq enerji alətlərindən fərqli olaraq, 18 Vattlıq enerji cihazları yeni iPhone istifadəçilərinin istifadəsinə veriləcək. Apple şirkətinin bildirdiyinə görə, yeni enerji cihazı iPhone 11 Pro batareyasını 30 dəqiqə ərzində 50%-ə qədər dolduracaq.

 

 

Yeni iPhone-lar daha ağırdır.

 

İPhone 11 əvvəlki model olan İPhone Xr-lə eyni çəkiyə sahib olsa da, İPhone 11 Pro  İPhone XS-dən 11 qram, iPhone 11 Pro Max isə İPhone XS Max-dan 18 qram daha ağırdır. Lakin ağırlıq fərqi hiss olunacaq dərəcədə deyil, xüsusilə də, hər əlinizdə fərqli bir iPhone modeli tutmursunuzsa. Ağırlığın əlavə kamera obyektivi və daha böyük batareya ilə əlaqədər olduğu ehtimal olunur.

 

 

 İOS 13.1 iOS 13-dən 11 gün sonra təqdim olunacaq

 

Apple-ın son əməliyyat sistemi olan iOS 13 sentyabrın 19-da istifadəyə veriləcək. Yeni iPhone modelləri sentyabrın 20-si satışa çıxarılacağı üçün iOS 13 əməliyyat sistemi ilə satışa çıxarılacaq. İOS 13 əməliyyat sisteminin yenilənmiş forması olan iOS 13.1 isə 11 gün sonra, yəni 30 sentyabrda istifadəyə veriləcək. Bu yenilənmiş əməliyyat sisteminə hansı funksiyaların daxil olacağı naməlum olmasa da, yuxarıda bəhs etdiyimiz inkişaf etdirilmiş AirDrop özəlliyi istifadəçilərə təqdim olunacaq.

 

 

Aytac KAMİLLİ

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox