AZ

Botanika İnstitutu Azərkosmos ASC-nin keçirdiyi müsabiqənin qalibi oldu

6410c111ba74e2a78b8152182d536603.jpg
18.09.2019 09:52

AMEA-nın Botanika İnstitutu “Azərkosmos” ASC tərəfindən cari ildə elan edilmiş “Azərbaycanın davamlı inkişafı naminə Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin təşviqi” müsabiqəsinin ikinci mərhələsinin qalibi olub.

 

TED.az xəbər verir ki, müsabiqənin məqsədi “Azersky” peykindən əldə olunan təsvirlərin ölkə daxilində istifadəsini təşviq etmək və Azərbaycanda Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin inkişafına təkan verməkdir.

 

Müsabiqəyə təqdim olunan “Böyük Qafqazın cənub-şərq hissəsinin meşə ekosistemlərinin öyrənilməsi” layihəsinə əsasən, Botanika İnstitutunda Böyük Qafqazda (Quba rayonu) meşə ekosistemlərinin flora və bitkiliyinin müasir vəziyyəti müxtəlif antropogen amillərin və iqlim dəyişkənliyinin təsiri altında tədqiq ediləcək.

 

“Azərkosmos” ASC-nin rəhbərliyi müsabiqədən uğurla keçmiş 10 layihənin iştirakçısı ilə görüşüb.

 

Görüşdə qalib layihələrin təqdimatı və müsabiqənin tələblərinə uyğun olaraq əvvəlcədən qeyd olunmuş ərazinin “Azersky” peyki vasitəsi ilə çəkilmiş təsvirləri təmin edilib.

Elm bölməsindən digər xəbərlər

Daha çox