AZ

Dünyanın ən böyük hackathonu Azərbaycanda

1a4d85ff8faa998c3418b966e7a9ab94.jpg
18.09.2019 16:53

Azərkosmos, ADA Universiteti və ABŞ-ın Azərbaycandakı səfirliyi NASA Milli Aeronavtika və Kosmik İdarəsi ilə birlikdə dünyanın ən böyük hackathon-unu - Nasa Space Apps Challenge-i ilk dəfə Azərbaycanda təşkil edir!

 

TED.az xəbər verir ki, Nasa Space Apps Azərbaycan böyük fikirləri işə çevirmək üçün tələbələrin və hackathon həvəskarlarının 2 gün (48 saat) bir araya gələcəkləri tədbirdir. İştirakçılar hackathon-da fikir və biliklərini bir-biri ilə bölüşəcəklər.

 

Hackathon 18-20 oktyabr 2019 tarixində ADA Universitetində baş tutacaq.

 

Nasa Space Apps yarışması Yer və Kosmosu anlama mövzusunda təcrübə qazanmaq, həmfikir komanda yoldaşları tapmaq və hacking bacarıqlarını nümayiş etdirmək üçün bir fürsətdir.

 

Yarışma qaliblərinə mükafatlar veriləcək:

 

1. Hackathon üçün əsas mükafat: 10.000 AZN;

2. İkinci mükafat: 5.000 AZN;

3. Üçüncü mükafat: 2.500 AZN.

 

Kimlər müraciət edə bilər?

 

Koderlər, elm adamları, dizaynerlər, hekayəçilər, istehsalçılar, texnoloqlar və NASA-nın Yerdə və Kosmosda real problemlərin həlli üçün irəli sürdüyü pulsuz və açıq məlumatları ilə maraqlanan hər kəs hackathon-a qatıla bilər. Hackathon kosmik tədqiqat missiyalarını inkişaf etdirmək və Yerdəki həyatın yaxşılaşdırılması üçün açıq mənbəli həll yolları təqdim etmək məqsədi ilə ümumi problemin həllini ehtiva edir.

 

NASA Space Apps Azerbaijan hackathon-a müraciət üçün:

 

- 4 nəfərdən ibarət komanda toplayın;

 

- Space Apps Baku saytında komanda şəklində qeydiyyatdan keçin.

 

Qeydiyyat sentyabrın oktyabrın 4-dək Space Apps Baku veb-saytında açıq olacaq.

 

Qeyd edək ki, tədbirin rəsmi dili ingilis dilidir və məhdud sayda iştirakçı qəbul edilir.

 

Tədbir haqqında daha ətraflı məlumat üçün rəsmi veb-səhifəyə daxil olun.

 

Yaranan suallarla bağlı info@spaceapps.space.az vasitəsilə əlaqə yarada bilərsiniz.

Startaplar bölməsindən digər xəbərlər

Daha çox