AZ

Bakıda bir ilk – İT Kolleci açıldı

881e08c16f24a42198c9834828946b97.jpg
18.09.2019 18:20

Bakıda  “DevEducation” İT kolleci açılıb.

 

TED.az xəbər verir ki, yeni kollecdə dərslər senyabrın 30-dan etibarən QA (proqram məhsulunun sınağı), FrontEnd (saytlar vb. interfeyslərin yaradılması), Mobile Development (mobil əlavələrin yaradılması) tədris proqramları əsasında 3-4 ay ərzində keçiriləcək.

 

Qəbul olunan tələbələr ilk iki kursu (FrondEnd, Mobile) “DevEducation”un ofisində keçəcəklər.

 

 

QA kursunun keçirilicəyi yer isə, Feysbuk sosial şəbəkəsinin 2019-cu ildə dünyanın top 100 təşkilatı sırasına daxil etdiyi WoWoman-ın meydanıdır. Məlumat üçün bildirək ki, WoWoman kollecin tərəfdaşıdır.

 

Qeyd edək ki, tədrisi başa vuran müdavimlər beynəlxalq İT şirkətlərində iş yeri qazanmaq üçün müsahibədə iştirak edəcəklər.

 

Müsahibəyə qeydiyyat üçün LİNK.

 

 

Elm bölməsindən digər xəbərlər

Daha çox