AZ

Türk Hava Yollarından kampaniya - Bakıdan Avropa şəhərlərinə hansı qiymətlərə bilet almaq olar?

2b15fe3c0ab17258858e4283b52cee29.jpg
19.09.2019 09:34

Türk Hava Yolları (THY) Bakı çıxışlı bəzi Avropa şəhərləri istiqamətində endirim kampaniyasına başlayıb.

 

Aviaşirkətdən TED.az-a verilən məlumata görə, sentyabrın 30-dək davam edəcək kampaniya çərçivəsində THY sərnişinləri Paris, Cenevrə, Roma, Edinburq şəhərlərinə endirimli qiymətlərlə səyahət edə bilərlər. Bu istiqamətlərdə gediş-dönüş biletləri əldə etmək üçün sərnişinlər müvafiq olaraq 291, 443, 575 və 655 ABŞ dolları ödəməli olacaqlar. Endirimli günlərdə Bakıdan ikitərəfli istiqamətdə Mançester (618 ABŞ dolları), Lyublana (420 ABŞ dolları), Riqa (320 ABŞ dolları), Saloniki (442 ABŞ dolları), Lissabon (641 ABŞ dolları), Nürnberq (486 ABŞ dolları) və Dublinə də (521 ABŞ dolları) uçuşlar həyata keçiriləcək.

Dünya bölməsindən digər xəbərlər

Daha çox