AZ

Nobel mükafatı laureatlarının adları nə vaxt açıqlanacaq?

8c5b4b225b959c1567260645e0d50164.jpg
20.09.2019 12:56

7-14 oktyabr tarixlərində 2019-cu il üzrə Nobel mükafatı laureatlarının adları elan olunacaq.

 

TED.az-ın İsveçrə Akademiyasına istinadən verdiyi məlumata görə, mükafat həftəsi oktyabrın 7-də tibb və ya psixologiya sahəsi üzrə qalibin elanı ilə başlayacaq.

 

Oktyabrın 8-də Fizika, 9-da isə Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanacaq. 

 

Oktyabrın 10-da 2018 və 2019-cu illər üçün Ədəbiyyat üzrə Nobel mükafatçılarının adları məlum olacaq.

 

Oktyabrın 10-da Sülh, oktyabrın 14-də İqtisadiyyat üzrə Nobel mükafatı qaliblərinin adları elan olunacaq.

 

Qeyd edək ki, ötən il Ədəbiyyat üzrə Nobel mükafatı təqdim edilməyib.

Dünya bölməsindən digər xəbərlər

Daha çox