AZ

Tramp Zukerberqlə bir arada: detallar açıqlanmır

404695728b00c8cd3fbe38d69b96910e.jpg
20.09.2019 12:57

ABŞ prezidenti Donald Tramp Feysbuk sosial şəbəkəsinin yaradıcısı və rəhbəri Mark Zukerberqi qəbul edib.

 

TED.az-ın Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, Ağ Evin Dairəvi kabinetində baş tutan görüşün detalları açıqlanmayıb.

 

Görüşdən sonra D.Tramp öz Tvitter səhifəsində “Mark Zukerberqlə Dairəvi kabinetdə xoş görüş oldu”, - yazıb.

 

Mediada yayılan məlumatlara görə, görüş əvvəlcədən planlaşdırılmayıbmış.

Dünya bölməsindən digər xəbərlər

Daha çox