AZ

Huawei Avropada Mate 30 smartfonlar seriyasını satmayacaq

2e73404eca606c2e830c453d071a9070.jpg
20.09.2019 18:44

Huawei Avropada Mate 30 smartfonlarının seriyasını satmayacaq, çünki bu cihazlarda Google şirkətinin xidmətləri quraşdırılmayacaq.

 

TED.az xarici mətbuata istinadən xəbər verir ki, bu məlumatlar LetsGoDigital xidmətindən verilir, servis bu məlumatları şirkətin özünəməxsus bir neçə mənbədən öyrənə bilib.

 

Daha əvvəl bildirilirdi ki, Huawei Mate 30 Android-də buraxılacaq, lakin smartfonda Google-dan olan ən məşhur xidmətlər quraşdırılmayacaq.

 

Çində smartfonlar onsuz da Google olmadan buraxılır, lakin Avropa bazarında gmail poçt müştərisi, Youtube, Google axtarış və Google Play tətbiq mağazası vacibdir və smartfonlar onsuz satılmır.

 

Xatırladaq ki, 30 Huawei Mate seriyası dörd modeldən ibarət olacaq.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox