AZ

Süni intellektli peyk yaxın vaxtlarda orbitə buraxılacaq

ba083787848c7c6bc13851d5c8170a4f.jpg
20.09.2019 18:49

Avropa Kosmik Agentliyinin mütəxəssisləri Yerin süni intellektli müşahidə peykinin tezliklə buraxılacağını bildiriblər. Kosmik aparat iki kub peykdən ibarət bürc təşkil edəcək.

 

TED.az xarici mətbuata istinadən xəbər verir ki, Avropalı ekspertlər süni intellektli kosmik aparatın özünəməxsus xüsusiyyətlərə malik olacağını bildiriblər. Zahirən o, buzun məzmunu və yer üzünün torpaq nəmliyi barədə məlumatları ötürəcək iki 6U kub peyklərindən ibarət bir bürc olacaq. Alqoritmli sistem planetimizin səthinin aydın şəkillərini Yerə köçürməyə imkan verəcək. Yer üzündə mütəxəssislər alınan şəkillərin təhlili ilə məşğul olacaqlar. Lakin artıq indidən tədqiqatçıları Yerin şəkillərinin çəkilməsinin mümkünlüyü problemi narahat edir, çünki o, çox vaxt buludlarla örtülü olur.

 

İdeya müəllifləri bildirirlər ki, bu cür unikal peyk artıq bir neçə aydan sonra orbitə göndəriləcək.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox