AZ

Ekspertlər kosmik liftin yaradılması ideyasını qiymətləndiriblər

068045398cf7a681e4733bd42e570297.jpg
21.09.2019 10:00

Kosmik liftin yaradılması ideyasını təhlil edən elmi mütəxəssislər belə nəticə çıxarıblar ki, bu liftin yaradılması, hətta müasir şəraitdə də həyata keçirilə bilər. Bunun üçün hazırda insanlıqda mövcud olan materiallar və texnologiyalardan istifadə etmək mümkündür.

 

TED.az xarici mətbuata istinadən xəbər verir ki, gəminin orbitə çıxarılması kifayət qədər çətin prosesdir. Bundan başqa, bu prosesə hazırlaşmaq üçün çox vaxt tələb olunur, üstəlik, çox maliyyə vəsaitləri və digər resurslar sərf edilir. Bu yaxınlarda mütəxəssislər kosmik liftin yaradılmasını təklif ediblər ki, bu da təkcə kosmik gəmilər və peyklərin deyil, həm də digər avadanlığın, eləcə də insanların orbitə gətirilməsinə imkan verəcək. Kembric Universitetinin tədqiqatçıları Kolumbiya Universitetindəki həmkarları ilə birgə bildirdilər ki, planı, hətta müasir şəraitdə də həyata keçirmək mümkündür.

 

Bundan başqa, ekspertlər hesab edirlər ki, hazırda Aydan-Yerə "kosmik xətt"i çəkmək daha vacib olardı.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox