Cenevrədə çempionam "deyən" “Danışan kitabxana”
Məlumat verdiyimiz kimi, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanan və “Made in Azerbaijan” brendi altında təqdim olunan “Danışan kitabxana” layihəsi beynəlxalq müsabiqədə “Çempion layihə” mükafatına layiq görülüb. Mükafat dünən Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən təsis edilən “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti – 2019 Mükafatları” (WSIS Prizes – 2019) İsveçrə Konfederasiyasının Cenevrə şəhərində nümayəndə heyətimizə təqdim olunub.
Qeyd edək ki, audiokitabxanada klassiklərdən Nəcəf bəy Vəzirovun “Müsibəti Fəxrəddin”, Mirzə Fətəli Axundovun “Aldanmış kəvakib”, Cəfər Cabbarlının “Oktay Eloğlu”, Mir Cəlalın “Bir gəncin Manisefti” əsərləri ilə yanaşı müasir ədəbiyyatın nümunələrini də dinləmək olar.
“Danışan kitabxana”nın əsas məqsədi insanlara müasir, klassik və bədii ədəbiyyat nümunələrini dinləmək imkanı yaratmaqdır. İstifadəçilər günün istənilən vaxtı, “15 41” nömrəsinə zəng etməklə müxtəlif janrlara aid əsərləri seçib dinləyə bilirlər. Hazırda audiokitabxanada mövcud olan kitabların sayı 300-dən çoxdur. Bu günə qədər bu xidmətdən yararlanmaq üçün 45.000-dən çox müraciət qeydə alınıb. İstifadəçi istənilən vaxt dinlədiyi əsəri yarıda saxlaya və daha sonra qaldığı yerdən davam etdirə bilər.
TED + bölməsindən digər xəbərlər
Samsung televizor modelləri 2026: hansı texnologiya sizə uyğundur?
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da!
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Biznes TV maliyyə çətinlikləri ilə üzləşib: Azərbaycanda biznes mediasının dayanıqlılığı məsələsi
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
“Minasız həyat üçün innovativ təşəbbüslər” layihəsi çərçivəsində maarifləndirici videoçarxın təqdimatı keçirilib
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD















