AZ

Azərbaycan - Fransız Universitetinin rəhbərliyi (UFAZ) İnnovasiyalar Agentliyini ziyarət etdi

ca3c960b14e39779a8a3e8ca65014ca1.jpg
21.09.2019 11:16

Fransa-Azərbaycan Universitetinin təmsilçiləri - icraçı direktor Valeh Əsgərov, baş katib Şarlotta Payen, elmi işlər üzrə ekspert Pierre Collet və təhsil şöbəsinin müdiri Lətifə Nəsibova İnnovasiyalar Agentliyini ziyarət ediblər.

 

TED.az xəbər verir ki, İnnovasiyalar Agentliyinin İdarə Heyətinin sədri Tural Kərimli qonaqlara agentliyin fəaliyyəti, gələcək planlar və beynəlxalq nailiyyətlər haqqında məlumat verib. Görüşdə ikitərəfli əməkdaşlıq imkanları, UFAZ tələbələri üçün İT üzrə xüsusi mübadilə proqramları və Fransanın tanınmış professor və mentorları ilə görüşlərin təşkili, ideya mərhələsində olan startapların Akselerasiya proqramına qoşulması, birgə elmi tədqiqatların aparılması mövzuları müzakirə olunub.

 

Görüş zamanı Azərbaycan və Fransanın biznes və təhsil ocaqları arasında əlaqələrin genişləndirilməsi, tələbələrin yerli və xarici şirkətlərdə işlə təmin olunmasına dəstək verilməsinin vacibliyi vurğulanıb.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox