AZ

VKontakte pirat audio kitabların yayımlaması ilə əlaqədar barışıq müqaviləsi bağladı

13501a03ed2fb1c1f53cd4c7f50f4cf6.jpg
21.09.2019 12:11

Tərəflər müqavilənin şərtlərini açıqlamayıblar, lakin sosial şəbəkə müəllif hüquqlarının qorunmasını gücləndirəcəyini vəd edib.

 

TED.az xəbər verir ki, VKontakte və Eksmo nəşriyyatı müəllif hüquqları iddiası ilə barışıq müqaviləsini imzalayıblar.

 

Xatırladaq ki, Eksmo 2019-cu ilin aprel ayında Çin yazıçısı Lyu Cisinin "Qaranlıq meşə" romanına əsaslanan audio kitaba görə VKontakte-ni məhkəməyə verib.

 

“"Qaranlıq meşə" kitabına görə Eksmonun VKontakte-yə qarşı etdiyi iddia üzərindən keçirilən məhkəmə prosesi barışıq müqaviləsini imzalamaqla başa çatıb. Sosial şəbəkə rəqəmsal akustik barmaq izi texnologiyasından istifadə edərək sənədsiz audio kitabların yayılmasını məhdudlaşdırır. Sentyabrın ortalarında VKontakte kitab naşirləri ilə razılaşaraq, istifadəçilərin yüklədiyi bütün kitabların qanuniliyini yoxlamağa başlayacağına söz verib”, - deyə VKontakte-nin mətbuat xidməti bildirib.

 

Bundan əlavə, şirkətlər intellektual hüqüqların qorunması sahəsində əməkdaşlığı gücləndiriblər.

 

Qeyd edək ki, VKontakte 2013-cü ildə rəqəmsal akustik barmaq izi texnologiyasını təqdim edib. “Müəllif hüququ sahibinin şikayətinin qəbul olunduğu hər kompozisiya üçün özünəməxsus bir akustik təəssürat yaranır. Dəqiq eyni nüsxəni yükləmək çətin olacaq", - deyə daha əvvəl sosial şəbəkənin nümayəndəsi şərh etmişdi. 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox