AZ

2019-un ən yaxşı mobil Battle Royale oyunları – SİYAHI

84e33d9333b4755645f264beb691f329.jpg
21.09.2019 12:34

Mobil oyunlara maraq günü-gündən artır. Bu inkişafda Battle Royale tipli oyunların rolu isə çox böyükdür. Başda yeniyetmələr olmaqla, insanları özünə bağlayan bu oyunların ən məşhuru PUBG Mobile və Fortnite-dir. İlk iki yer aydındır, bəs 2019-cu ilin ən yaxşı  digər mobil Battle Royale oyunları hansılardır?

 

TED.az bu yazıda 2019-cu ilin ən yaxşı mobil Battle Royal oyunlarını təqdim edir: 

 

PUBG MOBİLE

 

 

Yaradıcı: PUBG CROP

Buraxılış tarixi: 19 Mart 2018

Qiymət: Pulsuz

 

Tencent tərəfindən təqdim edilən bu oyunun kompüter istifadəçiləri də olduqca çoxdur. PUBG Mobile bütün mobil oyunlar arasında da ən çox oynanılan oyunlardandır. Oyunun qrafika və dinamikisanın bu qədər yaxşı olmasına rəğmən, şirkət PUBG Mobile-ı davamlı inkişaf etdirir.

 

Fortnite

 

 

Yaradıcı: Epic Games

Buraxılış tarixi: Mart 2019

Qiymət: Pulsuz

PUBG-dən sonra ən çox seçilən oyunlardan biri də Fortnite-dır. Lakin oyun mobil telefonlarda bu qədər geniş auditoriyaya sahib deyil. Çünki Fornite yalnız iOS telefonlar üçün təklif olunur. Artıq bir ildir ki, oyunun Android versiyası hazır olmur.

 

Battlelands Royale

 

 

Müəllif: PEGI 7

Buraxılış tarixi: 26 iyun 2018

Qiymət: Pulsuz

 

Bu oyunun personajları digər Battle Royale oyun personajlarından daha çox seçilir və bəyənilir. Bu oyunun xarakterləri kimi müddəti də kiçikdir, 3-5 dəqiqə arasında dəyişir. Oyunçular 32 nəfərlik sahədə döyüşürlər.

 

Creative Destruction

 

 

Yaradıcı: NetEase Games

Buraxılış tarixi: 19 iyun 2019

 

Digər Battle Royale oyunlarında olduğu kimi burada da təyyarədən aşağı düşərək, silah toplayırsınız. Oyun ilk zamanlarda səhvlərdən dolayı istifadəçiləri tərəfindən çox tənqid olunsa da, irəliləyən yenilənmələrdə özünü düzəltməyi bacardı.

 

AXE.IO – Brutal Survival Battleground

 

 

Yaradıcı: Crescent Moon Games

Buraxılış tarixi: 16 May 2018

Qiymət: Pulsuz

 

Digərlərindən fərqlənən bu oyun komanda şəklində oynanıldığı zaman olduqca maraqlıdır.

 

Rocket Royale

 

 

Yaradıcı: GameSpire

Buraxılış tarixi: 10 iyun 2018

Qiymət: Pulsuz

 

Retro sevərlər üçün bu oyun olduqca yaxşı bir seçimdir. Rocket Royale, sanki 90-cı illərin abu-havasını yaşadır insanlara.

 

Tural QARA

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox