AZ

Әrdoğan Azərbaycan məktəblilərinin də iştirak etdiyi TexnoFest-i ziyarət edəcək - Tvitter-də yazdı

9b740df0d14120708c5640b78804bca6.png
21.09.2019 12:46

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan bu gün İstanbul şәhәrindә keçirilәn Aviasiya, Kosmos vә Texnologiya Festivalına (TexnoFest) qatılacaq.

 

TED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu badәrә Rәcәb Tayyib Әrdoğan Tvitter mikrobloqunda yazıb.

 

Әrdoğan vətəndaşlara müraciәt edәrәk onları Atatürk hava limanında keçirilәn vә Türkiyәnin әn böyük texnologiya tәdbiri olan TexnoFest-ә dәvәt edib.

 

 

Türkiyә prezidenti, hәmçinin keçәn il tәşkil edilәn festivalda çәkilmiş bir şәkilini dә paylaşıb.

 

Türkiyə Texnologiya Komandası Vəqfi (T3 vəkfi) və Elm, Sənaye və Texnologiya Nazirliyi tərəfindən keçirilən tədbirdə ölkənin ən qabaqcıl qurum və şirkətləri təmsil olunur. Atatürk hava limanında başlayan festivalda hərbi və sivil qurumların stendləri yer alır.

 

Festival çərçivəsində müxtəlif mövzularda seminarların, tədbirlərin, konsert proqramlarının, yerə bağlı hava şarları ilə uçuşların keçirilməsi, paraşütlə tullanmalar nəzərdə tutulur. Bu il ilk dəfə Türk Hava və Aerokosmik Sənayesinin beşinci nəsil hərbi təyyarəsinin modeli də tamaşaçılara təqdim edilib.

 

Həmçinin “İnsanlığın xeyrinə texnologiya”, “Süni zəka”, “İnsansız sualtı sistemlər”, “Uçan maşın modelləri”, “Robotlaşdırılmış Fəth 1453” və digər mövzularda yarışmalar keçirilir.

 

 

Qeyd edәk ki, festivalda ölkəmizi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və İnnovasiyalar Agentliyinin dəstəyi, AREA-Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının təşkilatçılığı ilə 2019-cu ildə keçirilmiş “Mən Pilotam” tədris layihəsi və Dron Olimpiadasında qalib gəlmiş məktəblilərdən ibarət milli komanda təmsil edir.

 

Ceyhun ABASOV

TED + bölməsindən digər xəbərlər

Daha çox