AZ

Azərbaycanlı startapçının ideyası reallaşdı – Eleven Kings oyunu artıq Play Market-də

b792ed9bc23263f4cdeff5c11910c342.jpg
21.09.2019 12:52

Startapçı Orxan Rzayevin “Eleven Kings” oyunu Google Play platformasında istifadəyə verilib.  

 

TED.az xəbər verir ki, startapçı bu barədə Feysbukdakı canlı yayım zamanı bildirib.

 

“Yaxın günlərdə Madriddə “World Football Sammit”i keçiriləcək. “Eleven Kings” oyunu üzərində çalışan 7 nəfərdən ibarət komandamızla orada Azərbaycanı təmsil edəcəyik”, - “Eleven Kings” oyununun müəllifi Orxan Rzayev deyib.

 

Oyunun Play Market-də qeydiyyat sayı artıq 500-ü keçib və ümumi 4,9 balla qiymətləndirilib.

 

Orxan Rzayevin sözlərinə görə, bu gündən etibarən oyunun piar işlərinə başlanılacaq. Türkiyə, Afrika ölkələri, Braziliya, Kolumbiya ölkələrindəki internet istifadəçiləri Eleven Kings-in ilk oyunçuları olublar.

 

Hazırda oyunun üzərində sonuncu düzəlişlər aparılır.

 

Fatimə ZÜLFİQAR

Startaplar bölməsindən digər xəbərlər

Daha çox