AZ

Feysbukun işçisi şirkətin qərargahında intihar etdi

027729cb5c31a19fbb296295e6b9e0b5.jpg
21.09.2019 13:20

Feysbukda işləyən bir şəxs intihar edib. İşçinin intihar səbəbi ilə bağlı istintaq davam edir.

 

TED.az xəbər verir ki, Feysbukun işçilərindən biri Menlo Parkdakı bir binanın dördüncü mərtəbəsindən atlayaraq intihar edib. Şirkət nümayəndəsi hadisəni təsdiqləyib və mətbuata şərh edərək: "Hadisədə heç bir xarici təsir görünmür", - deyib.

 

Feysbuk spikeri şərhinin davamında - "İşçimizin ölümü üçün çox üzüldük. Polis araşdırma aparır. Ailəsinə lazımi məlumatları vermişik. Ancaq sizinlə bölüşə biləcəyimiz başqa bir məlumat yoxdur. Polisdən öyrəndiyimiz anda məlumatları sizinlə bölüşəcəyik".

 

Digər mənbənin məlumatına görə intihar edən adam, Feysbukda proqram mühəndisi kimi çalışıb.

 

Tural QARA 

TED + bölməsindən digər xəbərlər

Daha çox