AZ

Tesla model 3 nə qədər TƏHLÜKƏSİZDİR? – Cavabı bu testdə

36557242346c2a4ffd76275b2682aac0.jpg
21.09.2019 13:50

Avtonom idarəetmə qabiliyyəti və elektrikli nəqliyyat vasitələri mövzusunda sektor lideri olan Tesla nəqliyyat vasitələrinin etibarlı olduğu hər zaman səsləndirilir. Ancaq şirkət ilk dəfə bu təhlükəsizliyi özəl bir agentlik vasitəsilə təsdiqlədi.

 

TED.az məlumat verir ki, Audinin ardıcıl istehsal prosesində ilk tam elektrikli avtomobili E-Tron-a üst səviyyə təhlükəsizlik mükafatı verən IIHS-nin (Quru yolu Təhlükəsizliyi Sığorta İnstitutu) yeni qonağı Tesla Model 3 olub. Model 3 bütün sınaqlardan uğurla keçib.

 

Tesla Model 3 Təhlükəsizlik Testini mükafatla bitirib.

 

E-Tron-dan sonra bütün testləri "yaxşı" qiyməti ilə tamamlayan ikinci avtomobil Model 3 olub. Avtomatik əyləc sisteminin 20 və 40 km testləri müvəffəqiyyətlə keçdiyini ifadə edən IIHS, üst-üstə toqquşma testində sürücünün sol alt qıçında orta dərəcədə zədə riski olduğunu söyləyib.

 

Bu sayədə, Tesla Model 3 IIHS-nin ən çətin testlərindən biri olan üst-üstə toqquşmaları keçməyi bacarıb. Tesla-nın şəxsi internet saytında nəşr etdilən blog yazısında, şüşə tavan və kreslolardan qürur ifadə edilib. Çünki Teslanın testlərdən yüksək bal almasına kresloların böyük qatqısı olub. 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox