AZ

İPhone 11 üçün sıra gözləyənlərə Tim Cook surprizi

44d856bce2e6f96d292328b0ce9b74fa.jpg
21.09.2019 15:18

10 sentyabrda gerçəkləşən təqdimatdan sonra, iPhone 11 modelləri mağazada yerini alıb. ABŞ-da rəflərdə yerləşdirilən iPhone 11, iPhone 11 Pro və iPhone 11 Pro Max modelləri istehlakçıların həmişə olduğu kimi diqqətini çəkib. Bu səbəblə iPhone 11 modeli almaq istəyənlər sıraya düzülüblər. Nyu-Yorkdakı Apple mağazasının qarşısında sıraya düzülənlər Tim Cook-un sürprizi ilə qarşılaşıb – o, alıcıları şəxsən qarşılayıb.

 

TED.az məlumat verir ki, Nyu-Yorkdakı Regent küçəsindəki Apple mağazası da, digər Apple mağazalarında olduğu kimi, çox sıx bir gün keçirib. iPhone həvəskarları ən son iPhone modellərini almaq üçün uzun bir növbə yaradıblar. Səhər saat 06.00-dan başlayan axın növbəti saatlarda daha da çoxalaraq Apple mağazasında böyük izdihama səbəb olub.

 

Sosial mediada yayılan görünütlərə görə, Yeni iPhone modelləri üçün növbələr təkcə ABŞ-da deyil, Sinqapur, Sidney və Berlindəki mağazalarda da müşahidə olunub.

 

Apple-ın yeni iPhone modelləri daha uğurlu kameralar, daha uzun batareya ömrü, daha davamlı ekranlar və daha sürətli prosessorları ilə fərqlənir. Bəzi analitiklər Apple-ın bu xüsusiyyətlərlə olduqca yaxşı bir gəlir əldə edəcəyini proqnozlaşdırırlar.

 

JP Morgan Apple-ın 2019-cu üçün 184 milyonluq satış edəcəyini proqnozlaşdırıb. 2020-ci ildə isə Apple-ın 195 milyon smartfon satışına imza atacağı gözlənilir.

 

Apple-ın aparıcı analitiklərindən olan Ming-Chi Kuo Çindəki alıcıların, xüsusilə iPhone 11 ilə maraqlandığını söyləyib. Çin istehlakçılarının tələbləri markanın bu bazarda satışlarının artırmasına kömək edəcək.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox