AZ

İOS 13-ün problemlərindən şikayətlənənlər var

b8539e8d6b9d6378233d8debc2947fb4.jpg
21.09.2019 16:15

iPhone istifadəçilərinin uzun müddətdir gözlədiyi, İphone 6s və ondan yeni cihazların İOS 13 yenilənməsi yaxın günlərdə nümayiş olunub. Şirkət bu yenilənmə ilə böyük rəğbət qazansa da bəzi problemlərdən şikayətlənənlər də var.

 

TED.az məlumat verir ki, İOS 13 istifadəçilərinin ən çox şikayətçi olduğu problem elektron poçt tətbiqidir. Elektron poçt istifadəçiləri Elektron məktub göndərən şəxslərin adının görsənmədiyini deyirlər.

 

Bundan əlavə, tətbiqin yeni e-poçtları sinxronizasiya etmədiyini və tətbiq nişanında oxunmayan məktubların sayının yanlış olduğunu da söyləyənlər olduqca çoxdur.

 

Bu problemləri necə yox etmək olar?   

 

Mesaj göndərən şəxsinin kimliyinin görsənməməsi problemini aradan qaldırmaq üçün elektron poçt proqramını arxa planda bağlamaq və iPhone-u yenidən başlatmaq lazımdır. Sinxronizasiya probleminin həll yolunu axtaranlara isə hesablarını tətbiqdən silmək və yenidən daxil olmaq tövsiyə olunur. Bunu Parametrlər menyusundakı “Hesablar” bölməsinə daxil olaraq edə bilərsiniz. 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox