AZ

Parlaq qalaktika kəşf edildi

52fde4a6a4adfcd0f18997b9f6a61a0f.jpg
21.09.2019 17:50

ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA) Habl kosmik teleskopu Cetus (Balina) bürcünün mərkəzindən 30 milyon işıq ili məsafədə yerləşən parlaq qalaktika kəşf edib.

 

TED.az-ın NASA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, “UGC 695” adı verilən kosmik obyektin fotoşəkli də agentliyin rəsmi saytında yerləşdirilib.

 

Bidirilib ki, “UGC 695” aşağı parlaqlıq səthi (low-surface-brightness - LSB) olan qalaktika hesab olunur. Bu cür qalaktikaların uzaqlığı və parlaqlığının az olması onların Yer kürəsindəki radioteleskoplardan görünməsini mümkünsüz edir. Onların şüaları bizim planetin atmosferindən keçmir. Həmin kosmik obyektlərin ətrafı qaz və toz dumanı ilə əhatə olunub. Buradakı ulduzlar da geniş kosmik fəzaya yayılıblar.

 

LSB tipli qalaktikalar cırtdan qalaktikalar kimi, tərkibində ulduzlardan daha çox qaranlıq maddə daşıyır. Alimlər hələ də LSB qalaktikalarının necə meydana çıxdığına dair yekdil qənaətə gələ bilməyiblər. 

Elm bölməsindən digər xəbərlər

Daha çox