Rektor: İl ərzində 20 min tələbəyə distant təhsil verə biləcək müasir texnologiyalarla təchiz edilmiş UNEC EXTERN yaratmışıq
“Rəqəmsal iqtisadiyyat ali təhsili ciddi sürətdə təsnifatlaşdırmağı tələb edir. Bu tələblərə cavab verən ali təhsil kütləvi ola bilməz”.
TED.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin – UNEC-in rektoru, professor Ədalət Muradov Azərbaycan Respublikası Vergilər Nazirliyinin Azərbaycan İqtisadçılar İttifaqı və Auditorlar Palatasının birgə təşkil etdiyi “Kölgə iqtisadiyyatına qarşı mübarizə – iqtisadi inkişafın mühüm amili kimi” mövzusuna həsr olunan beynəlxalq elmi-praktiki konfransda səsləndirib.
O əlavə edib ki, təhsil elitar və ancaq cəmiyyətdə intellektilə seçilmişlərin seçimi olmalıdır: “Ali təhsilin kütləviliyini də qəbul edərək düşünürük ki, kütləvi ali təhsil XXI əsrdə əsasən distant olsa, daha məqsədəuyğundur”.
Ə.Muradov rəqəmsal iqtisadiyyat şəraitində ali təhsilin üzləşdiyi əsas çağırışlardan söz açarkən, yeni təkliflə çıxış edib: “XXI əsrin ən vacib xüsusiyyətlərindən biri təhsilin qloballaşmasıdır. Bununla əlaqədar həm istedadlı gənclər uğrunda, həm də dəyərlərin yayılması uğrunda rəqabət sərtləşir. Təsadüfi deyil ki, qlobal təhsil məhsulları, kütləvi onlayn kurslar, eləcə də təhsil keyfiyyətinin beynəlxalq müqayisəsi, universitetlərin reytinqi geniş vüsət alır. Dünyada özünəməxsus təhsil ierarxiyası formalaşır. Bu ierarxiyanın aşağısında olan universitetlər heç şübhəsiz, ən perspektivli alim və tələbələrin emiqrasiyası, özlərinin təhsil brendinin dəyərdən düşməsi ilə üzləşəcəklər".
Rektorun sözlərinə görə, rəqəmsallaşma ali təhsilimizdə zəif yerlərimizi güclü tərəflərimizə çevirmək üçün real imkanlar yarada bilər: "Məhz bunu nəzərə alaraq, il ərzində 20 min tələbəyə distant təhsil verə biləcək müasir texnologiyalarla təchiz edilmiş UNEC EXTERN yaratmışıq. Təklif edirik ki, ölkəmiz bu prosesə ən qısa vaxt ərzində qoşulsun və ilk olaraq distant təhsil forması əcnəbilərə, təkrar ali təhsilə, yenidənhazırlığa və əlillərin təhsilinə tətbiq edilə bilər”.
Qeyd edək ki, UNEC rəhbərliyi tərəfindən distant təhsilin vacibliyi dəfələrlə gündəmə gətirilsə də, nədənsə bu istiqamətdə real addımlar ləngiyir. Elə ölkənin elm ictimaiyyəti tərəfindən də distant təhsilə qarşı gözlənilən reaksiyanın şahidi olmadıq. Bunun, əlbəttə, müxtəlif səbəbləri var. Bunlardan biri də, fikrimizcə, bir çoxlarının hələ də distant təhsilin mahiyyətini başa düşməmələri, ona, əsasən, qiyabi təhsilin alternativi kimi yanaşmaları ilə bağlıdır.
e-Azərbaycan bölməsindən digər xəbərlər
iPhone 18 üçün pis xəbər
Tesla Yüksəlir!
iOS 27 Necə Olacaq?
DJI Avata 360 8K Çözünürlük və 360 Dərəcəli Kamera ilə Təqdim Edilir
İncə Korpuslu Xiaomi Book Pro 14 Təqdim Edildi
Red Magic Gaming Tablet 5 Pro Sərhədləri Aradan Qaldıracaq!
HONOR Magic 8 Pro Kamera Səviyyəsinin Artırılması Yeniləməsi
Oppo Find X9 Ultra Kamera Xüsusiyyətləri Sızdırıldı!
ABŞ-dan HÜRJET və ATAK Mühərrikləri üçün Kritik Təsdiq
WhatsApp Statusları Ana Ekrana Gəlir!
Biznesdə Süni İntellekt Dövrü
Realme Nəhəng Batareyaya malik Əlverişli Telefon Təqdim Edir!
Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub
Samsung One UI 8.5 Yeniləməsi Bütün Modellər üçün Mövcuddur
Android 16-nı Alacaq OPPO Modelləri Açıqlandı
MediaTek Telefonlarında Kritik Təhlükəsizlik Zəifliyi!
Bu Xüsusiyyət Galaxy S26-da Yoxa Çıxdı!
Böyük Batareyaya malik Vivo X300s
Yeni BMW 7 Seriyası Təqdim Edildi
PS6 və Xbox Project Helix Buraxılış Tarixləri Sızdırıldı
Huawei Watch 5 HarmonyOS 6 ilə Uçuşa Çıxdı
YouTube Premium Lite Yeni Xüsusiyyətlər Qazanır
Snapdragon 8 Elite flaqman qiymətlərini artıracaq
Google Xəritələr Naviqasiyada Yeni Bir Dövr Açır
Windows 11 Yeniləməsi Yeni Xüsusiyyətlər Gətirir
MacBook Neo-nun Batareya Dövrü Limiti Açıqlandı!
OnePlus 16 Prosessoru ilə Nümayiş Ediləcək!
Samsung 18000 mAh Batareya ilə Sərhədləri Açır
Intel Core Ultra 7 270K Plus və 250K Plus Oyunu Dəyişdirəcək
Google İsrail Wiz şirkətini rekord qiymətə satın alır
Həftənin ən çox oxunanları
Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub
Biznesdə Süni İntellekt Dövrü
iPhone 18 üçün pis xəbər
DJI Avata 360 8K Çözünürlük və 360 Dərəcəli Kamera ilə Təqdim Edilir
Oppo Find X9 Ultra Kamera Xüsusiyyətləri Sızdırıldı!
Red Magic Gaming Tablet 5 Pro Sərhədləri Aradan Qaldıracaq!
HONOR Magic 8 Pro Kamera Səviyyəsinin Artırılması Yeniləməsi
Realme Nəhəng Batareyaya malik Əlverişli Telefon Təqdim Edir!
WhatsApp Statusları Ana Ekrana Gəlir!
ABŞ-dan HÜRJET və ATAK Mühərrikləri üçün Kritik Təsdiq



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD
