AZ

Eşqi Bağırov: İşğaldan azad edilmiş ərazilərdə 5 məktəbdə 107 müəllim fəaliyyət göstərir, 762 nəfər təhsil alır

 

0a7304b48a25c12ff6698e1c337cabdf.jpeg
18.04.2024 14:40

İşğaldan azad edilən ərazilərdə təhsil infrastrukturu qurulur.

 

TED.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən mətbuat konfransında deyib. O bildirib ki, hazırda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində 2 məktəbəqədər təhsil müəssisəsi, 3 müəllim fəaliyyət göstərir. Həmin təhsil müəssisələrində 30 nəfər təhsil alır.

 

“Hazırda işğaldan azad olunmuş ərazilərdə 3 məktəbəqədər təhsil müəssisəsinin təmir-tikintisi davam edir. Eyni zamanda, 4 məktəbəqədər təhsil müəssisəsinin təmir-tikintisinə başlanılacaq.

 

Həmçinin işğaldan azad olunmuş ərazilərdə 5 ümumi təhsil müəssisəsində 107 müəllim fəaliyyət göstərir, 762 nəfər təhsil alır. Həmin ərazilərdə 13 ümumi təhsil müəssisəsinin təmir-tikintisi davam edir, 2 ümumi təhsil müəssisəsinin tikintisi yekunlaşıb. 6 ümumi təhsil müəssisəsinin təmir-tikintisinə başlanılacaq”, - deyə Eşqi Bağırov bildirib.

TED + bölməsindən digər xəbərlər

Daha çox