AZ

“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır

 

2c96a0559b0ff224ac8db7d9da7fca91.jpeg
22.04.2024 10:20

“Rəqəmsal bacarıqlar” layihəsinin şagirdləri və “Code for future” layihəsinin tələbələri üçün “IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır.

 

Elm və Təhsil Nazirliyindən TED.az-a bildirilib ki, sessiyada “Code for future” layihəsinin məzunları “Rəqəmsal bacarıqlar” təmayüllü 10 və 11-ci sinif şagirdləri ilə öz təcrübələrini paylaşacaqlar.

 

Sessiyanın keçirilməsində məqsəd IT sahəsi üzrə təhsil alan və proqramlaşdırma təcrübəsinə malik tələbələrlə şagirdlərin ünsiyyətini təşkil etmək, eyni zamanda, onların ortaq bir layihə üzərində işləmələrinə şərait yaratmaqdır.

 

Qeydiyyatdan keçmək istəyənlər linkə daxil ola bilərlər.

 

Sessiyanın aktiv iştirakçılarına sertifikat və hədiyyələr təqdim ediləcək.

Elm bölməsindən digər xəbərlər

Daha çox