AZ

Azərbaycanın rayonlarının bəzi yerlərində gün ərzində yağış yağacağı gözlənilir

 

8bc033b91d426dd2f545d2de89abf1bc.jpg
22.04.2024 15:40

Azərbaycanda aprelin 23-nə gözlənilən hava proqnozu açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən TED.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 14-18°, gündüz 23-28° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 762 millimetr civə sütunundan 765 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 40-60 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarının bəzi yerlərində gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 13-18°, gündüz 25-30° isti, dağlarda gecə 8-13°, gündüz 13-18° isti olacağı bildirilir.

 

Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15°, gündüz 23-28° isti olacaq. Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy, Göygöl rayonlarının bəzi yerlərində havanın fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşam yağıntı tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10°, gündüz 13-18° isti olacağı proqnozlaşdırılır.

 

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarının bəzi yerlərində fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam yağıntı tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10°, dağlıq ərazilərdə 2°-dək isti, gündüz 12-17° isti, bəzi yerlərdə 22°-dək isti olacağı bildirilir.

 

Gəncə şəhərində, Qazax, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalan, Füzuli rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 12-17°, gündüz 25-30° isti olacağı ehtimal edilir.

 

Mingəçevir şəhərində, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Ağdaş, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində havanın fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam əksər rayonlarda yağıntı tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 11-16°, gündüz 23-28° isti, dağlarda gecə 8-13°, gündüz 13-18° isti olacağı ehtimalı var.

 

Şirvan şəhərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin günün ikinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-18°, gündüz 25-30° isti olacaq.

 

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 14-17°, gündüz 23-28° isti, dağlarda gecə 12-15°, gündüz 17-22° isti olacaq.

 

TED + bölməsindən digər xəbərlər

Daha çox