AZ

Ötən gün aşkar edilən və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

 

c1055789b486be1ecf58eb11b5c37c06.jpeg
22.04.2024 18:40

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən  TED.az-a verilən məlumata görə, aprelin 20-də və 21-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı və 2 tüfəng təhvil götürüblər.

 

Həmçinin qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir. Aprelin 20-də və 21-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 qumbara, 1 tapança, 1 tüfəng və 4 patron aşkar edilərək götürülüb.

TED + bölməsindən digər xəbərlər

Daha çox