AZ

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verildi

0fb6f5d900e41136fd46095dc9b3184a.jpg
22.04.2024 20:20

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.

 

TED.az xəbər verir ki, bu barədə  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Bu marşrut xətti “Dərnəgül” metrostansiyası – Süyleyman Rüstəm küçəsi (“28 Mall” ticarət mərkəzi) istiqamətində sərnişindaşıma fəaliyyəti ilə məşğul olacaq.

 

“33 nömrəli şəhərdaxili müntəzəm marşrut üzrə sərnişindaşıma tələblərinə tam cavab verən müasir və komfortlu avtobuslar fəaliyyət göstərəcək. Gediş haqqı nağdsız qaydada olacaq”, – məlumatda deyilir.

TED + bölməsindən digər xəbərlər

Daha çox