AZ

“Lockheed Martin” yeni hiperses raketi “Mako” təqdim edilib

9f4075c8d1c8af5e9a45a891a2b8930c.jpg
22.04.2024 23:57
“Lockheed Martin” “CoAspire” ilə əməkdaşlıq edərək, bu həftə keçirilən “Sea Air Space 2024” sərgisində yeni “Mako” çoxməqsədli hipersəs raketini təqdim edib.

 

TED.az xəbər verir ki, əvvəlcə ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) Hücum Silahı (SiAW) proqramı üçün daxili maliyyə ilə hazırlanan raket indi ABŞ Hərbi Dəniz Qüvvələrinə (HDQ) aviadaşıycı gəmi əsaslı təyyarələr tərəfindən də istifadə üçün təklif olunur.

“Lockheed Martin” bildirib ki, yeni hipersəs raketi yeddi il əvvəl inkişaf etdirilməyə başlayandan bəri ilk dəfə ictimaiyyətə nümayiş etdirilib.

Şirkətin məlumatına görə, raket F-35, F-22, F-15, F-16, F/A-18 və P-8 tərəfindən buraxıla bilər.

Dünya bölməsindən digər xəbərlər

Daha çox