AZ

Naxçıvanda ilk dəfə müəllimlər iş yerlərini dəyişə biləcəklər

 

07157e5ff19cf70696d4303406f90e8b.jpeg
23.04.2024 10:20

Naxçıvanda ilk dəfə olaraq müəllimlər iş yerlərini digər ümumtəhsil müəssisələrinə dəyişdirə biləcəklər.

 

TED.az-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin yerdəyişməsi ilə bağlı müvəqqəti qaydalar təsdiq olunub.

 

Qaydalara əsasən, ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi digər ümumtəhsil müəssisələrinə vakansiyalara uyğun olaraq mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçiriləcək.

 

Müəllimlər iş yerini diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi ixtisas üzrə dəyişmək imkanı əldə edəcəklər.

 

Müəllimlərin yerdəyişməsi ilə bağlı qaydalarla https://zip.lu/3irdk linkindən tanış ola bilərsiniz.

TED + bölməsindən digər xəbərlər

Daha çox