AZ

Günəş elektrik stansiyası üzrə ilk hərrac elan edilib

 

bac4076d644666084d6cdeb53e505ec3.jpeg
23.04.2024 10:57

Energetika Nazirliyi Qobustan rayonunda 100 meqavat gücündə günəş elektrik stansiyasının layihələndirilməsi, maliyyələşdirilməsi, tikintisi və istismarı üzrə hərrac elan edib.

 

Nazirlikdən TED.az-a bildirilib ki, yaşıl enerjidən istifadənin inkişafını prioritetləşdirən dövlət siyasətinə müvafiq olaraq keçirilən hərrac sahəyə özəl, o cümlədən xarici investisiyaların cəlb edilməsi məqsədini daşıyır. Açıq auksion formasında 2 mərhələdə həyata keçirilən hərrac elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər ən az 30 faizə çatdırılması ilə bağlı strateji hədəfə nail olunması, ölkəmizin COP29-a ev sahibliyi və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində reallaşdırılan tədbirlərdən biridir.

 

Qeyd edək ki, hərracda birinci mərhələ ixtisas uyğunluğunun müəyyənləşdirilməsidir və iştirak etmək istəyən şirkətlər cari il aprelin 10-dan etibarən auction@area.gov.az elektron poçt ünvanı vasitəsilə ixtisas uyğunluğunun müəyyənləşdirilməsi sənədini tələb etməlidirlər. Sənəd müraciət etmiş şirkətlərə mayın 7-dən başlayaraq təqdim ediləcək. Hərrac iştirakçıları ixtisas uyğunluğunun qiymətləndirilməsi ilə bağlı məlumatları iyunun 14-nə qədər təqdim etməlidirlər. Birinci mərhələ iyulun 12-də yekunlaşır.

TED + bölməsindən digər xəbərlər

Daha çox