AZ

Xankəndidə silah-sursat aşkarlanıb

 

835c891abfedcc8a2a17ed3f264cb4ae.jpg
23.04.2024 11:40

Xankəndidə silah-sursat aşkar edilib.

 

Bu barədə TED.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

 

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 22-də Xankəndi şəhəri ərazisindən 4 müxtəlif markalı avtomat silahı, 2 tüfəng, 2 tapança, 8 qumbara, 3 alışdırıcı, 2 partlayıcı, 18 patron darağı, 1930 müxtəlif çaplı patron, 7 süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.

TED + bölməsindən digər xəbərlər

Daha çox