AZ

DİN: Ötən gün qanunsuz saxlanılan odlu silahlar aşkarlanaraq götürülüb

 

80f515d59aa867257e2d96ee459ed1cf.jpg
23.04.2024 11:57

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi sahəsində tədbirlər davamlı olaraq həyata keçirilir.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən TED.az-a verilən məlumata görə, aprelin 22-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 2 tüfəng və 8 patron təhvil götürüblər.

 

Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər də davam etdirilir.

TED + bölməsindən digər xəbərlər

Daha çox