AZ

Azərbaycanda rəqəmsallaşma və nəqliyyat sahəsində aktual məsələlər AYİB-lə müzakirə edilib

 

8eeed9e27226ce70f16fd00cbea8a738.jpg
24.04.2024 10:20

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədovla Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Qafqaz üzrə regional direktoru Alkis Vryenios Drakinosun rəhbərliyi ilə ölkəmizdə səfərdə olan AYİB nümayəndə heyəti arasında görüş keçirilib.

 

Nazirlikdən TED.az-a bildirilib ki, görüşdə nazir müavini S. Məmmədov ölkədə rəqəmsallaşma və nəqliyyatın şaxələndirilməsi, nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi, digər məsələlər üzrə görülmüş işlər və mövcud layihələr, gələcək planlarından bəhs edərək bu sahələrin inkişafının daim diqqət mərkəzində olduğunu qeyd edib.

 

Vryenios Drakinos bankın 2024-2029-cu illəri əhatə edən Azərbaycan üzrə prioritetlərin və məqsədlərin əks olunduğu Yeni Ölkə Strategiyasının ilkin layihəsi barədə məlumat verib. O, AYİB-in ölkəmizlə rəqəmsallaşma və nəqliyyat sahələrində əməkdaşlığının vacibliyini vurğulayıb.

 

Görüş çərçivəsində, həmçinin nəqliyyat sahəsində özəl sektor və dövlət müəssisələrinin idarəçiliyinə daha çox dəstək göstərməklə iqtisadi diversifikasiyanın təşviq edilməsi, “yaşıl iqtisadiyyat”a keçidin sürətləndirilməsi və regional əlaqəliliyin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

TED + bölməsindən digər xəbərlər

Daha çox