AZ

Sabah bəzi dağlıq ərazilərə dolu düşəcək

 

fd3154402d75bfe9b377ede82f6e3134.jpg
29.04.2024 10:20

Azərbaycanda aprelin 30-na gözlənilən hava proqnozu açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən  TED.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək, axşama doğru mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 14-17°, gündüz 25-30° isti olacaq. Atmosfer təzyiqi 762 millimetr civə sütunu, nisbi rütubət gecə 50-60, gündüz 30-40 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 12-17°, gündüz 27-32° isti, dağlarda gecə 10-15°, gündüz 15-20° isti olacağı ehtimal edilir.

 

TED + bölməsindən digər xəbərlər

Daha çox