“Gənc müəllimlərin yaşıl dünya konfransı: ətraf mühit naminə dayanıqlı inkişaf”
29.04.2024 11:20
Əziz müəllimlər,
TED.az xəbər verir ki, 4 may 2024-cü il, saat 10:00-da Şamaxı şəhər E.Hüseynov adına 2 saylı tam orta məktəbdə Yaşıl Dünya naminə həmrəylik ili çərçivəsində "Gənc müəllimlərin yaşıl dünya konfransı: ətraf mühit naminə dayanıqlı inkişaf” tədbiri keçiriləcək.
Azərbaycan Respublikasının Elm və Təhsil nazirliyinin tərəfdaşlığı, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə keçiriləcək konfransın məqsədi gənc müəllimləri bir araya toplayaraq onları ekoloji proseslərdə aktiv iştiraka təşviq etmək, müəllimlər vasitəsilə şagirdləri bu sahədə maarifləndirmənin yollarını təbliğ etmək, həmçinin təhsilin əhəmiyyəti, ictimaiyyətin iştirakı kimi mövzuları müzakirə etməkdən ibarətdir.
İştirak etmək istəyən gənc müəllimlər birbaşa konfrans keçirilən məkana gələ bilər və ya müvafiq rayon təhsil sektoruna müraciət edə bilərlər.
Son qeydiyyat tarixi: 1 may 2024-cü il.
Məkan: Şamaxı şəhər E.Hüseynov adına 2 saylı tam orta məktəb
e-Azərbaycan bölməsindən digər xəbərlər
Daha çox
Bu il benzin və dizel satışından əldə olunan gəlir 6 faizi ötüb
15.05.2024
15:40
BVF: Süni intellekt qlobal əmək bazarında sunami effekti yaradacaq
15.05.2024
15:20
Günəşdə son on il ərzində ən güclü partlayış olub
15.05.2024
14:57
Rəqəmsal inqilab fürsətləri genişləndirir - Lara Devar
15.05.2024
12:40
Bu gün Beynəlxalq İqlim Günüdür
15.05.2024
11:57
Günəşdə partlayışdan sonra güclü geomaqnit qasırğası yaranıb
15.05.2024
11:20
Uşaqlar arasında “İTi Zəka - 2” hakatonu keçiriləcək
15.05.2024
10:40
Alimlər kosmosda həyat üçün vacib olan əsas molekulları kəşf ediblər
15.05.2024
10:00
Kabellərin izolyasiyasının sınağı xidmətlərinin satınalınması
14.05.2024
23:20
Elektromobillər üçün yeni texnologiya hazırlanır
14.05.2024
22:57
Dünyanın ən varlı və yoxsul ölkələri
14.05.2024
22:40
Microsoft Rusiya istifadəçiləri üçün yenilikləri açıb
14.05.2024
22:20
Türkiyədən "Meta"ya milyon dollarlıq cərimə
14.05.2024
21:40
“iPhone”larda oyunlarla bağlı yenilik
14.05.2024
21:20
“Bakcell” ən sürətli sabit internetini təqdim edir
14.05.2024
20:57