AZ

ABŞ Qırmızı dəniz üzərində beş pilotsuz uçuş aparatını vurub

 

9468f1e7fb5bce4435635dc8f7cf568b.jpeg
29.04.2024 12:40

Amerika hərbçiləri bazar günü Qırmızı dəniz üzərində beş pilotsuz uçuş aparatını vurub.

 

TED.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatında deyilir.

 

“Aprelin 28-də gecə saatlarında ABŞ hərbçiləri Qırmızı dəniz üzərində beş pilotsuz uçuş aparatı vurub”, - deyə məlumatda bildirilir. Bu tədbirlərin beynəlxalq sularda təhlükəsizliyinin artırılması məqsədilə həyata keçirildiyini vurğulayan CENTCOM vurulan dronların kimə məxsus olduğunu açıqlamayıb.

 

Qeyd edək ki, İsrail Qəzza sektoruna hücuma başlayandan sonra Yəməndəki husi üsyançıları yəhudi dövləti ilə əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsini əngəlləyir, onlara hücum edirlər. ABŞ buna cavab olaraq, gəmilərin naviqasiya təhlükəsizliyini təmin etmək üçün Qırmızı dənizdə “Prosperity Guardian” əməliyyatına başlayıb. Əməliyyata qoşulanlar arasında Bəhreyn, Böyük Britaniya, Danimarka, İspaniya, İtaliya, Kanada, Niderland, Norveç, Seyşel adaları və Fransa yer alıb.

Dünya bölməsindən digər xəbərlər

Daha çox