AZ

“Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinin CV turu başlanır

 

e599ee4774acab4d9a74c4ceeb6786f6.jpg
29.04.2024 15:20

“Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinin CV turu start götürüb.

 

TED.az xəbər verir ki, müraciətlər mayın 1-dən 10-dək qəbul ediləcək.

 

Ümumi biliklər imtahanını uğurla tamamlayan iştirakçılardan şəxsi kabinetə daxil olaraq “Şəxsi məlumatlar” bölməsindəki informasiyaları yeniləmələri / əlavə etmələri tələb olunur.

 

CV turunda iştirak etməyən namizədlər əyani mərhələnin imtahanlarına buraxılmayacaqlar.

 

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında olan, intellektual səviyyəsi yüksək və azı iki il idarəçilik təcrübəsinə malik perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.

 

“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat məbləğində pul mükafatı gözləyir.

 

Növbəti - dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb.

TED + bölməsindən digər xəbərlər

Daha çox