AZ

Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz saxlanılıb - FOTO

9727922dcd92c1de3e763c10ae882da0.jpg
30.04.2024 10:40

Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitlərinin “beh” qismində dələduzluq yolu ilə ələ keçirildiyi barədə polisə çoxsaylı şikayətlər daxil olub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən TED.az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 41-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində həmin əməlləri törədən 1980-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Həsənov Elman saxlanılıb.

 

Araşdırma zamanı onun elan saytlarında gündəlik olaraq ən çox yerləşdirilən məlumatlardan saxta elanlar düzəltdiyi müəyyən olunub.

 

O, digər şəxslərin adına olan mobil nömrələrdən istifadə etməklə onunla əlaqə saxlayan vətəndaşlara həmin məhsulları satacağını vəd verərək müxtəlif məbləğlərdə “beh” alıb. Zərərçəkənlər göndərdikləri pulları həmin şəxsin özünə aid olmayan bank hesab kartlarına köçürüblər.

 

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

 

E.Həsənovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polisə müraciət edə bilərlər.

TED + bölməsindən digər xəbərlər

Daha çox