AZ

Bu gündən sağlamlıq haqqında tibbi arayışlar elektron şəkildə veriləcək

f23aa46ee7f4a4b8a3d50b8a17c96b51.jpg
01.05.2024 19:40

Bu gündən etibarən sağlamlıq haqqında tibbi arayışlar vətəndaşlara elektron şəkildə təqdim olunacaq.

 

TED.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

 

Bildirilib ki, işə qəbul olunanlar və ali məktəblərə, kolleclərə, liseylərə daxil olan abituriyentlər üçün sağlamlıq haqqında arayış, sürücülük vəsiqəsinin əldə edilməsi üçün təqdim edilən sürücülüyə yararlı olmaq haqqında tibbi arayış elektron şəkildə təqdim olunacaq.

 

​Vətəndaşların elektron tibbi arayışı əldə etmələri üçün keçməli olduqları proses bunlardır:

 

Tibb müəssisəsinə ilkin müraciət

 

Laborator analizlərin verilməsi

 

Həkim qəbullarından keçmək

 

​Arayışın hazır formasının şəxsi kabinetdən və mobil tətbiqdən əldə edilməsi

 

Təsdiqlənmiş arayışın etibarlılıq müddəti ərzində istənilən müəssisəyə təhvil verilməsi.

 

​Daha sonra istifadəçilər “E-TABİB” mobil tətbiqi və kabinet.its.gov.az veb-səhifəsinə daxil olaraq qeydiyyatdan keçməlidirlər.

 

​“Şəxsi kabinet”ə daxil olduqdan sonra QR kod vasitəsilə sağlamlıq və sürücülüyə yararlı olmaq haqqında tibbi arayışları elektron əldə edə biləcəklər.

 

​Elektron çap formanın üzərində olan QR kodu oxudaraq açılan veb-səhifədə arayışın qüvvədə olma müddəti və ümumi məlumatların yoxlayaraq PDF formatı yükləyə biləcəklər.

TED + bölməsindən digər xəbərlər

Daha çox