AZ

Bakıda iki motosiklet oğurlandı

dcd134ec5f9b44d218a72d23f3911703.jpg
01.05.2024 21:40

Bakıda iki motosiklet oğurlanıb.

 

TED.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, Nəsimi rayonu ərazisində ayrı-ayrı vaxtlarda fərqli ünvanlardan iki motosikletin oğurlanması barədə polisə məlumat daxil olub.

 

Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Rizvan Məmmədzadə, Elxan Ələsgərov, Nizam Səfiyarlı, Vüsal Zəkərgə və bir yeniyetmə müəyyən olunaraq saxlanılıblar.

 

Faktla bağlı araşdırma aparılır.

TED + bölməsindən digər xəbərlər

Daha çox