AZ

Türkiyədə Ermənistanda yaradılan 40 mindən çox qanunsuz onlayn kazino və bukmeker kontoru bloklanıb

 

8119f818d038bc50b9fdd39986efeb45.jpg
02.05.2024 10:00

Türkiyə hakimiyyəti onlayn fəaliyyət göstərən qanunsuz kazinolara və bukmeker kontorlarına qarşı fəal mübarizə aparır.

 

TED.az xəbər verir ki, Türkiyə milli lotereyasının rəhbərliyi təkcə 2023-cü ildə ölkənin İnformasiya texnologiyaları və rabitə İdarəsinə (BTK) qanunsuz internet-oyun resurslarına çıxışın bağlanması tələbi ilə 168 030 müraciət göndərib ki, onlardan 160 273-ü təmin edilib.

 

Səlahiyyətlilərə görə, keçən il Türkiyədə bloklanan ən çox qanunsuz onlayn kazino və bukmeker kontoru ABŞ-da qeydiyyata alınıb (73 175).

 

İkinci yerdə 41 607 qanunsuz onlayn kazino və bukmeker kontoru olan Ermənistandır. Liderlər üçlüyünə Niderland da daxildir - 19 757.

 

Bundan əlavə, ilk onluğa Almaniya, Hong Kong, Filippin, Seyşel adaları, Tayvan, İngiltərə və İran daxildir.

 

Dünya bölməsindən digər xəbərlər

Daha çox