AZ

Sabah bəzi ərazilərdə yağış yağacaq

 

b27d08e0d2ef703bad0932a82a34667d.jpg
02.05.2024 12:20

Azərbaycanda mayın 3-nə gözlənilən hava proqnozu açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən TED.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15°, gündüz 18-22° isti olacaq. Atmosfer təzyiqi 754 millimetr civə sütunundan 751 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 60-65, gündüz 40-45 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə arabir intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək , bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 19-24° isti, dağlarda gecə 5-10°, gündüz 10-15° isti olacağı ehtimal edilir.

TED + bölməsindən digər xəbərlər

Daha çox