AZ

Hava Limanı-Mərdəkan-Zuğulba yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq

 

245ba8356b6d083d123b9f581c176882.jpg
02.05.2024 12:40

Mayın 3-də saat 00:00-dan səhər saat 06:00-dək Hava Limanı-Mərdəkan-Zuğulba avtomobil yolunun 11-ci kilometrində (Buzovna qəsəbəsi ərazisində "Rahat" marketin qarşısı) yeni inşa edilən yerüstü piyada keçidinin platformasının quraşdırılması ilə əlaqədar olaraq qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

 

TED.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadla xəbər verir ki, sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.

TED + bölməsindən digər xəbərlər

Daha çox