AZ

Yaz semestrində 5 mindən çox tələbə təhsil krediti alıb

 

1d68c7800f82b871bfd8c004174fe3ee.jpg
02.05.2024 15:20

2023-2024-cü tədris ilinin yaz semestrində təhsil tələbə krediti almaq üçün müraciət edənlərin bu günə olan statistikası açıqlanıb.

 

Təhsil Tələbə Krediti Fondundan TED.az-a bildirilib ki, yaz semestri ərzində 7449 tələbə kredit almaq üçün müraciət edib. Onlardan 504 nəfərin müraciəti natamam olub, 365 nəfərin müraciəti emal mərhələsindədir. Habelə 390 nəfərin müraciətinə imtina cavabı verilib, 335 nəfərin müraciəti isə banka yönləndirilib.

 

Yaz semestri üzrə 5855 tələbəyə təhsil krediti verilib. Onların arasından 1786 nəfərin müraciəti sosial, 4069 nəfərin müraciəti isə standart təhsil tələbə krediti olaraq rəsmiləşdirilib.

TED + bölməsindən digər xəbərlər

Daha çox