AZ

Elm və Təhsil Nazirliyinə on beş gün ərzində 27 mindən çox vətəndaş müraciəti daxil olub - FOTO

 

79ca09ba3ae2bdf8986d08da84f045e0.jpg
02.05.2024 16:57

Aprelin 16-dan 30-dək Elm və Təhsil Nazirliyinə, eləcə də qurumlarına ümumilikdə 27 525 vətəndaş müraciəti daxil olub.

 

Nazirlikdən TED.az-a bildirilib ki, müraciətlərin 18 min 575-i çağrı mərkəzləri, 710-u sosial media, 3334-ü vatsap vasitəsilə, 986-sı elektron, 925-i yazılı formada yönləndirilib. Vətəndaş qəbulu zamanı isə 2995 müraciət qeydə alınıb.

 

Müraciətlər müəllimlərin yerdəyişməsi və işə qəbulu, birinci sinfə qəbul, lisey və gimnaziyalara qəbul prosesi, sertifikatlaşdırma və digər məsələlərlə bağlı olub.

 
 

TED + bölməsindən digər xəbərlər

Daha çox