AZ

Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb

 

7ca60b1661749febd5e0b669b884bf8c.jpeg
02.05.2024 17:40

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi magistraturaya qəbulda birinci olub.

 

BANM-dən TED.az-a bildirilib ki, ali məktəbdə proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsil alan V kurs tələbəsi Qəhrəman Kazımlı magistraturaya qəbul imtahanlarında (essesiz) 86 bal toplayaraq rus bölməsi üzrə ən yüksək nəticəni göstərib.

 

O, 2019-cu ildə Bakı Ali Neft Məktəbinə 678.7 balla qəbul olub. Prezident təqaüdçüsüdür. Erasmus+ mübadilə proqramı ilə III kursda bir semestr İspaniyanın Alkala Universitetində təhsil alıb. Bu il SOCAR-ın “Gənc İstedadlar Proqramı”na seçilib. Hazırda SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsində təcrübə keçir.

Elm bölməsindən digər xəbərlər

Daha çox