AZ

Bakı metrosunda QR bilet istifadəçilərinin sayı 45 faizə yaxın artıb

 

64ded5967d0d8ff6acbaf00628038886.jpg
06.05.2024 10:00

“Bakı Metropoliteni” QSC-də ötən il dekabr ayının 30-da tam olaraq istifadəyə verilmiş yeni, QR biletlə ödəniş sistemi ilə gediş haqqını ödəyənlərin sayı əsaslı şəkildə artıb.

 

QSC-dən TED.az-a bildirilib ki, aprel ayı ərzində 257 min 198 sərnişin (mart ayında - 177 min 567 sərnişin) bu üsulla müraciət edib. Orta statistik hesabla gün ərzində 8 min 573 sərnişin (mart ayında - 5 min 723) QR bileti seçib. Ümumən iki ayın müqayisəsində artım 44,8 faiz təşkil edib.

 

Metronun “28 May” stansiyası QR biletlə ay ərzində ödəniş rekordunu qoruyub - 24 min 164 sərnişin. İkinci yerdə olan “Gənclik” stansiyasında da bu üsulla ödəniş edənlərin sayı ay ərzində 20 mindən artıq olub (21 min 455).

 

QR biletlə gedişhaqqı ən çox aprelin son günü qeydə alınıb və bu, xidmət istifadəyə verildiyi vaxtdan bir gün ərzində ən yüksək göstərici hesab olunur - 12 min 107 sərnişin.

TED + bölməsindən digər xəbərlər

Daha çox