AZ

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

 

9ea5ffc038e830516627f5eb9a457a67.jpg
07.05.2024 10:00

Hakerlər Böyük Britaniya Müdafiə Nazirliyinin serverlərini sındırıblar, məmurların və aktiv hərbi personalın məlumatları oğurlanıb.

 

TED.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

 

Məlumata görə, hakerlər nazirliyin əməkdaşlarının, eləcə də hazırkı və keçmiş hərbi qulluqçuların şəxsi məlumatlarına, o cümlədən bank rekvizitlərinə çıxış əldə ediblər.

 

Kiberhücumun Çinlə əlaqəli olduğu iddia edilir.

Dünya bölməsindən digər xəbərlər

Daha çox